Belarus bu il Rusiya neftinin idxalını 25% azaldacaq

Belarus bu il Rusiya neftinin idxalını 25% azaldacaq
# 09 dekabr 2020 13:45 (UTC +04:00)

Bu ilin sonunadək Rusiya neftinin Belarusa ixracının həcmi ötən ilə nisbətən 25% azalaraq 13,44 mln. tona enəcəyi gözlənilir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, dekabr ayında Belarus 1,64 mln. ton Rusiya nefti idxal edəcək, yanvar-noyabr aylarında isə bu göstərici 11,8 mın. tona yaxın olub.

Məlumata əsasən, 2019-cu ildə Belarus 18 mln. ton Rusiya nefti idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR