Beynəlxalq Enerji Agentliyi: Bu il qlobal qaz istehlakı rekord səviyyədə azalacaq

Beynəlxalq Enerji Agentliyi: Bu il qlobal qaz istehlakı rekord səviyyədə azalacaq
# 10 iyun 2020 11:15 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il qlobal qaz istehlakının rekord səviyyədə azalacağını proqnozlaşdırır.

APA-Economics”in IEA-ya istinadən verdiyi məlumata görə, 2020-ci ildə dünyada qaz istehlakının 4% (150 mlrd. kubmetr) azala biləcəyi proqnozlaşdırılır.

"Bu, 20-ci əsrin ikinci yarısında təbii qaz bazarının formalaşmasından bəri istehlakın ən böyük illik azalması olacaq", IEA-nın hesabatında bildirilir.

Agentlik hesab edir ki, qaza olan tələbat 2021-ci ildə başlayaraq tədricən bərpa ediləcək və 2025-ci ilə qədər ildə 1,5% artacaq. Bu da qiymətlərin aşağı olması və iqtisadi aktivliyin artması ilə izah edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR