"Brent" neftinin qiyməti martın əvvəlindən ilk dəfə 50 dolları ötüb

"Brent" neftinin qiyməti martın əvvəlindən ilk dəfə 50 dolları ötüb
# 10 dekabr 2020 19:03 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 1 barelə görə 50 dolları keçib.

"APA-Economics"in məlumatına görə, Bakı vaxtı ilə saat 18:58-də "Brent"ın 1 barelinin qiyməti 2,87% artaraq 50,26 dollar təşkil edib. Sonuncu dəfə "Brent" neftinin qiyməti 50 dollarda yuxarı martın 6-da qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR