EIA 2020-2021-ci illər üzrə Rusiyanın neft hasilatı ilə bağlı proqnozunu endirib

EIA 2020-2021-ci illər üzrə Rusiyanın neft hasilatı ilə bağlı proqnozunu endirib
# 13 may 2020 11:38 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) Rusiyada 2020-2021-ci illərdə gündəlik neft və digər maye karbohidrogenlər hasilatı üzrə proqnozunu dəyişib.

"APA-Ecocomics"in EIA-ya istinadən verdiyi məlumata görə, bu il Rusiyada orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 10,67 mln. barel səviyyəsində olacaq ki, bu da öncəki proqnozdan 860 min barel azdır.

Məlumata görə, gələn il Rusiyada gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 11,08 mln. barel təşkil edəcək (aprel ayı üçün verilən proqnoza görə, bu göstərici 11,52 min barel təşkil etməli idi).

EIA-in göstəricilərinə əsasən, ötən il Rusiyada ortalama gündəlik neft və digər maye karbohidrogenlər üzrə hasilat 11,49 mln. barel təşkil edib.

Qeyd edək ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Rusiya və Azərbaycan da qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR