EIA 2020-ci il üçün neftin qiymətləri üzrə proqnozunu artırıb

EIA 2020-ci il üçün neftin qiymətləri üzrə proqnozunu artırıb
# 11 dekabr 2019 12:20 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) proqnozlarına əsasən, 2020-ci ildə “Brent” markalı neftinin bir bareli üçün orta qiyməti 61 ABŞ dolları təşkil edəcək ki, bu da noyabr ayında verilən proqnoz göstəriciləri ilə müqayisədə 1 dollar və ya 1,7% çoxdur.

APA-Economics”in EIA-yə istinadən verdiyi məlumata görə, 2019-cu il üçün “Brent” markalı neftin bir barelinin orta qiyməti üzrə EIA-in proqnozu dəyişməz qalıb – 64 dollar.

Verilən proqnoza görə, 2020-ci ildə WTI markalı neftinin bir bareli üçün orta qiyməti “Brent” markalı neftin qiyməti ilə nisbətdə 5,5 ABŞ dolları aşağı olacaq və 55,5 dollar yaxın təşkil edəcək (1,8% azalma).

EIA-in gələn il neft qiymətlərinin aşağı düşəcəyi gözləntisi 2020-ci ildə dünya neft ehtiyatlarının (xüsusi ilə də ilin birinci yarısında) artımı üzrə proqnozuna əsaslanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR