Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını azaldıb

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını azaldıb
# 19 may 2020 11:16 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri illik müqayisədə 4 962,2 min ABŞ dolları və ya 18,9% azalaraq 21 299,6 min dollar təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, ötən ilin analoji dövründə qonşu ölkə Azərbaycandan 26 261,8 min dollar dəyərində elektrik enerjisi idxal edib.

Xatırladaq ki, cari ilin ilk dörd ayı ərzində Gürcüstan Azərbaycandan 409 316 mln. kVt-saat elektrik enerjisi idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR