Gürcüstanın təbii qaz idxalının 85%-i Azərbaycanın payına düşüb

Gürcüstanın təbii qaz idxalının 85%-i Azərbaycanın payına düşüb
# 22 aprel 2020 10:20 (UTC +04:00)

2020-ci ilin yanvar-mart ayları ərzində Gürcüstanın idxal etdiyi təbii qazın dəyəri illik müqayisədə 3,4% artaraq 135 459,1 min dollar təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin rüblük hesabatında bildirilib. Qaz idxalının bu ölkənin hesabat dövründəki ümumi idxalında payı 6,8% təşkil edib.

Cari ilin yanvar-mart ayları ərzində Gürcüstan Azərbaycandan 115 582,3 min dollar dəyərində təbii qaz idxal edib ki, bu da ölkənin ümumi qaz idxalının 85,32%-ni təşkil edib.

Qeyd edək ki, yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 667 698,4 kubmetr təbii qaz idxal edib ki, bu da illik müqayisədə 7,02% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR