IEA: Günəş və külək enerjisinin qlobal enerji istehsalında payı 2030-cu ildə 30%-ə çatacaq

IEA: Günəş və külək enerjisinin qlobal enerji istehsalında payı 2030-cu ildə 30%-ə çatacaq
# 13 oktyabr 2020 16:16 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyinin (IEA) baza ssenarisində 2025-ci ildə bərpa olunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin istehsalı kömür enerjisini üstələyəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə IEA-in "World Energy Outlook" (WEO) uzunmüddətli illik proqnozunda deyilir.

Qeyd olunub ki, günəş və külək enerjisinin qlobal elektrik enerjisi istehsalında payı 2019-cu ildə qeydə alınmış 8%-dən 2030-cu ildə 30%-ə yüksələcək.

"İnkişaf etmiş texnologiyalar və dəstək mexanizmləri günəşdən alınan elektrik enerjisinin istehsalı üzrə böyük layihələri üçün maliyyələşdirmə xərclərini azaldıb. Hazırda bir çox ölkədə günəş panelləri və digər sistemlər yeni nəsil kömür və ya qazla işləyən elektrik stansiyalarından ucuzdur.

IEA-in təhlillərinə görə, günəş və külək enerjisinin işlənməsinin artmasına baxmayaraq, karbon emissiyalarının 2021-ci ildə artacağı proqnozlaşdırılır. Emissiyanın 2027-ci ildə ötən il qeydə alınan səviyyəni keçəcəyi və 2030-cu ildə 36 giqaton təşkil edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR