OPEC üzvləri olan Körfəz ölkələri (Səudiyyə Ərəbistanı, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri) gündəlik 1,2 mln. barel həcmində olan əlavə neft hasilatının könüllü ixtisarını iyundan sonra uzatmağı planlaşdırmır.
"APA-Economics"in məlumatına görə, bunu "Reuters"ə bazarda olan dörd etibarlı mənbə bildirib.
Qeyd edək ki, yeni razılığa əsasən, iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084 mln. barel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barel azaldacağı gözlənilir. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını iyun ayında əlavə olaraq təxminən 1,2 mln. barel həcmində ixtisar edəcək.