"Lukoil": Neftin qiyməti heç vaxt 10 il əvvəlki kimi yüksək olmayacaq

"Lukoil": Neftin qiyməti heç vaxt 10 il əvvəlki kimi yüksək olmayacaq
# 03 mart 2020 15:35 (UTC +04:00)

ABŞ-da şist neftinin artıq həcmlərdə hasil edilməsini nəzərə alsaq, neftin qiyməti heç vaxt 10 il əvvəlki kimi yüksək olmayacaq.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın "Lukoil" şirkətinin vitse-prezidenti və şəriki Leonid Fedun deyib.

Onun sözlərinə görə, ucuz neft dövrü ən azı 2040-cı ilədək davam edəcək: "ABŞ prezidentinin şist istehsalını genişləndirilməsi istiqamətində etdiyi səyləri, əlbəttə ki, karbohidrogen yanacağının ömrünü uzatdı (geniş istifadə edilməsi müddətini – red.), çünki alternativ texnologiyalar yalnız neftin qiymətinin bir barel üçün 80 dollardan artıq olan şəraitdə iqtisadi cəhətdən əlverişlidir".

Qeyd edək ki, indiyə olan məlumata görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 2,99% artaraq 1 barelə görə 53,46 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 3,49% artaraq 48,38 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR