"Lukoil" Xəzər dənizindəki neft yatağında qazma işlərinin ikinci mərhələsinə başlayıb

"Lukoil" Xəzər dənizindəki neft yatağında qazma işlərinin ikinci mərhələsinə başlayıb
# 09 oktyabr 2020 18:00 (UTC +04:00)

Rusiyanın "Lukoil" şirkəti Xəzər dənizinin Rusiya sektorunda yerləşən Vladimir Filanovski adına neft yatağında qazma işlərinin ikinci mərhələsinə başlayıb.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, prosesin başlaması ilə bağlı bu gün keçirilən açılışda Rusiyanın Baş Nazirinin müavini Yuri Borisov və şirkətin rəhbəri Vahid Ələkbərov iştirak ediblər.

Qazma işlərinin ikinci mərhələsi yataqda illik neft hasilatını 6 mln. ton səviyyəsində saxlamağa hədəflənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR