Natia Turnava: "Genişmiqyaslı regional neft-qaz layihələri ilə Gürcüstanın geosiyasi rolu güclənib"

Natia Turnava: "Genişmiqyaslı regional neft-qaz layihələri ilə Gürcüstanın geosiyasi rolu güclənib"
# 10 sentyabr 2020 17:19 (UTC +04:00)

"Genişmiqyaslı regional neft-qaz boru kəməri layihələri ilə Gürcüstanın geosiyasi rolu güclənib və biz tarixi hadisəyə yalnız şahidlik etməmişik, həm də onun iştirakçısı olmuşuq".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava deyib.

O bildirib ki, Cənub Qaz Dəhlizi çərçivəsində Gürcüstan ərazisində görülən işlərin ikinci mərhələsi də artıq tamamlanıb və bu işlər boru kəmərinin gücünü dəfələrlə artırıb:

"Ötən il bu dəhlizin zəruri seqmenti olan TANAP işə salındı, onun Avropa hissəsi olan TAP kəməri üzrə aparılan işlər isə yaxın vaxtlarda tam başa çatacaq. Gürcüstan ərazisi ilə Avropaya qaz tədarükü ölkəmiz üçün daha çox təhlükəsizlik, strateji əhəmiyyət və xalqımız üçün daha yaxşı rifah deməkdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR