Neftin kəskin ucuzlaşmasından ən çox zərər çəkən ölkələr açıqlanıb

Neftin kəskin ucuzlaşmasından ən çox zərər çəkən ölkələr açıqlanıb
# 13 mart 2020 13:28 (UTC +04:00)

İraq, Əlcəzair və Nigeriya neft qiymətlərinin kəskin azalmasından ən çox təsirlənən ölkələrdir.

"APA-Economics"in məlumatına görə, bunu Beynəlxalq Energetika Agentliyinin (International Energy Agency – IEA) icraçı direktoru Fatih Birol deyib.

Onun sözlərinə görə həmin ölkələr iqtisadiyyatlarını şaxələndirməyib və nəticədə hazırda çətin vəziyyətdədir.

F.Birol onu da qeyd edib ki, bu ölkələr ciddi maliyyə problemləri ilə üzləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR