Novak: "Neftə olan tələbat 2021-ci ildən tez bərpa olunmayacaq"

Novak: "Neftə olan tələbat 2021-ci ildən tez bərpa olunmayacaq"
# 20 iyun 2020 14:43 (UTC +04:00)

“Böhrandan əvvəl neftə olan tələbat həcmləri 2021-ci ildən tez bərpa olunmayacaq”.

APA-Economics”in “RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

Onun sözünə görə, bərpa prosesi iki-üç ildə çəkə bilər: “Ümid edirik ki, tələbatın bərpası 2021-ci ildə baş verəcək. Amma bəlkə iki-üç il də çəkə bilər”.

A. Novak qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq insanlar nəqliyyatdan daha az istifadə edəcək, daha az səyahət edəcək: “İqtisadiyyat yenidən inkişaf etsə də, nəqliyyat səbəbindən neftə tələbat daha aşağı səviyyədə qalacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR