Novak: "OPEC+" ölkələri birgə səyləri davam etdirməlidir"

Novak: "OPEC+" ölkələri birgə səyləri davam etdirməlidir"
# 15 iyul 2020 18:05 (UTC +04:00)

Rusiya "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində neft hasilatının azaldılmasına dair öhdəliklərini tam yerinə yetirir.

"APA-Economics"in məlumatına görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak "OPEC+" nazirlərinin monitorinq komitəsinin iclası zamanı deyib.

Onun sözlərinə görə, "OPEC+" ölkələrinin birgə səyləri qlobal iqtisadi vəziyyətə müsbət təsir etdiyindən, ortaq tədbirləri davam etdirmək lazımdır.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR