"OMV Petrom" və Gürcüstan arasında neft-qaz müqaviləsi imzalanıb

"OMV Petrom" və Gürcüstan arasında neft-qaz müqaviləsi imzalanıb
# 10 mart 2021 16:32 (UTC +04:00)

Şərqi Avropanın ən böyük neft şirkəti olan “OMV Petrom S.A.” ilə Gürcüstan arasında Qara dənizin Gürcüstan şelfində neft-qaz axtarışı və hasilatı işlərinin aparılması barədə müqavilə imzalanıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin açıqlamasında deyilir.

Bildirilib ki, müqavilə Avstriya-Rumıniya şirkətində 25 il müddətinə Qara dənizin Gürcüstana məxsus 5,282 kvadrat kilometrlik (2,032 kvadrat mil) sektorunda ofşor geoloji kəşfiyyat işləri aparmaq hüququ verir.

Nazirliyin məlumatına əsasən şirkət qazma işlərinin başlanmasından öncə 2-D və 3-D seysmik kəşfiyyat işləri aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR