"Petkim" tullantı emissiyasını tədricən azaldacaq

"Petkim" tullantı emissiyasını tədricən azaldacaq
  • Clock-gray 12:42
  • calendar-gray 29 Mart 2021

Türkiyədəki "Petkim" neft-kimya kompleksisas payı SOCAR-a məxsusdurred.) 2035-ci ilədək ətraf mühitə atılan tullantıları hər il 1% azaltmağa planlaşdırır.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu barədə "SOCAR-Türkiyə Emal və Neft-Kimya İş Birliyi"nin rəhbəri və "Petkim"in baş direktoru Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, "Petkim" artıq tullantı emissiyasını 10% azaldıb. Bununla yanaşı, ötən il havaya emissiya edilən karbon qazlarının həcmi 200 min ton azaldılıb.

"Nə istehsal etdiyimizə yox, necə istehsal etdiyimizə diqqət edirik", - A. Məmmədov qeyd edib.

SOCAR tərəfindən 2008-ci ildə səhmlərinin 51%-i alınan "Petkim" neft-kimya kompleksi Türkiyədə ilk və yeganə inteqrasiya olunmuş neft-kimya zavodudur. Türkiyə neft-kimya bazarının ən etibarlı tədarükçüsü olan "Petkim"in 15 əsas və 6 köməkçi müəssisəsində 60-a yaxın neft-kimya məhsulu istehsal edilir.

Emil İsmayılov

Digər xəbərlər