Bank Of Baku

SOCAR-ın Türkiyədəki NEZ-i neft idxalını kəskin artırıb

SOCAR-ın Türkiyədəki NEZ-i neft idxalını kəskin artırıb
# 29 iyun 2020 17:26 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) 680,77 min ton neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 9,5% azdır.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, 2019-cu ilin yanvar-apreldə zavod 752,58 min tona yaxın məhsul ixrac edib.

Məlumata əsasən, cari ilin yanvarı-aprelində NEZ 3,4 mln. ton neft idxal edib ki, bu göstərici ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 2,5 dəfə artıb (2019-cu ilin yanvar-aprel aylarında bu göstərici 1,36 mln. ton təşkil edib).

Ötən il "Star Rafineri" 1,28 mln. tondan artıq neft məsulları ixrac edib. 2019-cu ildə zavodun ixrac üzrə ən yüksək göstəricisi mart ayında qeydə alınıb və 319,02 min ton təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR