SOCAR neft və lay sularının dənizə axıdılmasına dair yayılan məlumatlara münasibət bildirib

SOCAR neft və lay sularının dənizə axıdılmasına dair yayılan məlumatlara münasibət bildirib
# 23 dekabr 2019 13:35 (UTC +04:00)

"Neft, lay suları, digər çirkli maddələrin dənizə birbaşa axıdılması SOCAR-ın təlimat və standartlarında nəzərdə tutulmur və şirkət rəhbərliyinin yerlərə verdiyi təlimatlara birbaşa ziddir".

SOCAR-dan APA-Economics”ə verilən məlumata görə, son vaxtlar sosial şəbəkələrdə dəniz platformasından neft və ya digər bulanıq mayenin dənizə axıdılması görüntüləri yayılmaqdadır.

“SOCAR son dövrdə "Azneft" İB-nin dəniz platformalarında lay sularının təmizlənməsi üçün xüsusi avadanlıqlar quraşdırıb və artıq neftlə birlikdə çıxan lay sularının da təmizlənməsinə tam nail olunub”, - məlumatda qeyd olunur.

Məlumata görə, yayılan görüntülərdə əks olunan hadisənin məkanı Neft Daşlarında ehtimal olunduğuna görə bu gün səhər "Azneft" İB-nin rəhbər heyətinin iştirakı ilə oraya komissiya göndərilib: "Hazırda araşdırma aparılır və nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq. Ətraf mühitin qorunması istiqamətində bu cür hadisələrin təkrar baş verməməsi üçün nəzarət daha da gücləndiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR