Ukrayna neftin nəqlini 3% artırıb

Ukrayna neftin nəqlini 3% artırıb
# 14 dekabr 2020 14:43 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Ukraynanın əsas neft boru kəmərləri sisteminin operatoru “Ukrtransnafta” şirkəti Avropaya tranziti artırıb, noyabr ayında isə Belarusa neft ixrac edib.

APA-Economics” şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, bu ilin 11 ayında nəql olunan neftin həcmi 14,6 mln. ton təşkil edib, bu da keçən ilin eyni dövrünün göstəricisindən 3% çoxdur.

Xüsusilə, 2020-ci ilin yanvar-noyabr aylarında Ukrayna neft emalı zavodları üçün neft nəqlinin həcmi 2,4 mln. ton (2019-cu ilin bu dövrünə nisbətən 9,8% çox), tranzit isə 12,1 mln. ton (2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,1% çox) olub.

2020-ci ilin noyabr ayında neft nəqlinin ümumi həcmi ötən ilin noyabr ayına nisbətən 12,7% azalaraq 1,3 mln. ton təşkil edib. Xüsusilə, Ukrayna ərazisindən boru kəməri ilə neftin tranziti 22,1% azalaraq 1,03 mln. ton olub. Eyni zamanda, Ukrayna neft emalı zavodlarına neft nəqlinin həcmi 9,1% artaraq 225,6 min tona çatıb.

Ayrıca, 2020-ci ilin noyabr ayında “Ukrtransnafta” “BNK (UK) Limited” şirkəti ilə bağlanan satınalma müqaviləsi çərçivəsində Belarusun “Mozır” NEZ-inə 79,9 min ton neft ixrac edib.

Xatırladaq ki, “Ukrtransnafta” bu ilin noyabrında “SOCAR Trading”dən satın alınan və “Cənub” dəniz neft terminalında qəbul edilən neftin satışı üzrə müqavilələr bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR