Ukrayna ərazisi ilə Rusiya qazının tranziti 30 illik minimuma enib

Ukrayna ərazisi ilə Rusiya qazının tranziti 30 illik minimuma enib
# 13 yanvar 2021 17:46 (UTC +04:00)

Ötən il Rusiyadan Ukrayna ərazisi ilə nəql edilən tranzit qazının həcmi əvvəlki illə müqayisədə 38% azalaraq 55,8 mlrd. kubmetr təşkil edib.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu "Operator QTS Ukrainı" şirkətinin rəhbəri Sergey Makoqon deyib.

Onun sözlərinə görə, bu, son 30 ildə qeydə alınan ən aşağı göstəricidir.

Şirkət rəhbərinin qiymətləndirməsinə görə, qeyd olunan göstərici illik layihə ötürmə gücü 146 mlrd. kubmetr olan qaz nəqletmə sisteminin üçdə birindən az həcmlərinin yüklənilməsi deməkdir.

S. Makoqon onu da qeyd edib ki, "Türk axını"nın istifadəsi nəticəsində Ukrayna əlavə olaraq Macarıstan, Serbiya və Xorvatiya üçün nəzərdə tutulmuş tranzit qazını itirə bilər. Bu, Ukraynanı daha 15 mlrd. kubmetr qazın tranzitindən məhrum edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR