Aİ: "Azərbaycanda istifadə olunan enerjinin 40%-dən çoxu binaların payına düşür"

Aİ: "Azərbaycanda istifadə olunan enerjinin 40%-dən çoxu binaların payına düşür"
# 13 oktyabr 2022 11:15 (UTC +04:00)

Azərbaycanda binalarda enerji effektivliyinin artırılması enerjiyə qənaət etməyə imkan verəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda enerji səmərəliliyinin daha da yaxşılaşdırılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunan "Enerji effektivliyi, eko-dizayn və enerji etiketlənməsi ilə bağlı ictimai məlumatlılığın artırılması üzrə seminar zamanı qrup lideri Bilyana Çobanova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda istifadə olunan enerjinin 40%-dən çoxu binaların payına düşür və burada enerji səmərəliliyinin artırılması elektrik enerjisinin qənaətinə gətirib çıxaracaq.

Qrup lideri onu da əlavə edib ki, Avropada qeyd olunan göstərici 40%-dən aşağı səviyyədədir: "Azərbaycan enerji ixrac edir və binalarda enerjinin qənaəti ixrac imkanlarını artıra bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR