Paşha Bank
Bank Of Baku

KİV: Heqset ABŞ və Kanada arasında hərbi əməkdaşlığın məhdudlaşdırılmasını tapşırıb

Pit Heqset

© APA | Pit Heqset

# 21 noyabr 2026 04:37 (UTC +04:00)

Pentaqon rəhbəri Pit Heqset ABŞ və Kanada arasında hərbi əməkdaşlığa məhdudiyyətlər qoyub.

Bu barədə “The Washington Post” qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Heqset müvafiq göstərişi ötən həftə verib. Qəzetin mənbələrinin sözlərinə görə, Vaşinqton bu qərarın Kanada hakimiyyəti tərəfindən təhqir kimi qəbul ediləcəyini gözləyir.

Qəzet qeyd edir ki, məhdudiyyətlərin hərbi əməkdaşlığın hansı sahələrini əhatə edəcəyi hələ məlum deyil. Bununla belə, qərar kəşfiyyat məlumatlarının mübadiləsinə, NATO və Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) çərçivəsində əməkdaşlığa təsir etməyəcək.

ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib ki, Vaşinqton hər iki ölkənin və bütövlükdə yarımkürənin müdafiəsini gücləndirən ikitərəfli əməkdaşlığa, eləcə də Kanadanın NATO qarşısındakı öhdəliklərini yerinə yetirməsinə üstünlük verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR