Avropa Parlamenti qaz anbarlarının doldurulması normalarını təsdiqləyib

Avropa Parlamenti qaz anbarlarının doldurulması normalarını təsdiqləyib
# 23 iyun 2022 17:25 (UTC +04:00)

Avropa Parlamenti (AP) bu il noyabrın 1-dək Avropa İttifaqında qaz anbarlarının ən azı 80% doldurulmasını tələb edən qanun layihəsini təsdiqləyib.

Bu barədə “APA-Economics” Avropa Parlamentinin məlumatına istinadən xəbər verir.

"Artıq Aİ nazirləri ilə razılaşdırılmış yeni tənzimləmə 2022-ci il noyabrın 1-dək 80% məcburi minimum qaz saxlama səviyyəsini müəyyən edir. Üzv dövlətlər və operatorlar bu göstəricini 85%-ə çatdırmağı hədəfləməlidirlər. Növbəti illərdə avropalıları potensial tədarük şoklarından qorumaq üçün hədəf 90% olacaq", - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR