Avropada qazın qiyməti 17%-dək artıb

Avropada qazın qiyməti 17%-dək artıb
# 03 noyabr 2022 09:14 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 380 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 2 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 386,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 16,6% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR