Avropada təbii qaz 4%-dən çox ucuzlaşıb

Avropada təbii qaz 4%-dən çox ucuzlaşıb
# 07 yanvar 2023 12:50 (UTC +04:00)

Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 750 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 6 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 757,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (790 dollar) ilə müqayisədə 4,1% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR