Avropada yeraltı anbarlardan qazın çıxarılması tarixi maksimuma yaxınlaşıb

Avropada yeraltı anbarlardan qazın çıxarılması tarixi maksimuma yaxınlaşıb
# 12 yanvar 2022 18:11 (UTC +04:00)

Yanvarın 10-a olan məlumata görə, Avropa ölkələri yeraltı anbarlara vurulan qazın 55,6%-dən çoxunu və ya 26,6 mlrd. kubmetrini artıq çıxarıb.

"APA-Economics"in verdiyi məlumata görə, bu barədə Rusiya mətbuatı "Qazprom" şirkətinə istinadən xəbər verir.

Məlumata görə, Avropada yeraltı qaz anbarlarında qaz ehtiyatları uzun illər müşahidə edilən bu mövsüm üçün ən aşağı səviyyədədir.

Qeyd olunur ki, yanvarın 10-da Avropanın dolumluluğu 50,88%-ə düşüb və hazırda 54,93 mlrd. kubmetr səviyyəsindədir, bu da ötən ilki göstərici ilə müqayisədə təminən 18 mlrd. kubmetr azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR