Avropadan Rusiya qazının tədarükü ilə bağlı müraciətlər 18% azalıb

Avropadan Rusiya qazının tədarükü ilə bağlı müraciətlər 18% azalıb
# 26 aprel 2022 10:40 (UTC +04:00)

Rusiyanın "Qazprom" şirkəti Ukrayna ərazisi ilə Avropaya qazın tranzitini istehlakçıların müraciətlərinə uyğun olaraq davam etdirir.

"APA-Economics"in verdiyi xəbərə görə, bunu Ukraynanın qaz ötürmə sistemlərinin operatorunun məlumatları göstərir.

Alıcıların müraciətlərinə əsasən, aprelin 26-a Ukrayna ərazisi ilə Rusiyadan nəql üçün nəzərdə tutulan qazın həcmi 56 mln. kubmetr təşkil edir, bu da 25 aprel tarixinə olan göstərici (demək olar ki 68,4 mln. kubmetr) ilə müqayisədə təqribən 18% azdır.

Qeyd edək ki, "Qazprom"un 2022-ci il üçün Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 mlrd. kubmetr və ya gündə təxminən 109,5-109,6 mln. kubmetr təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR