Azərbaycanda bu il 8 mlrd. kubmetrdən çox qaz istehlak edilib

Azərbaycanda bu il 8 mlrd. kubmetrdən çox qaz istehlak edilib
  • Clock-gray 15:52
  • calendar-gray 20 Noyabr 2019

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatları 20,2 mlrd. kubmetr olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz ehtiyatlarının 88,6%-i hasilatın, 11,4%-i isə ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb.

Məlumata əsasən, ehtiyatların 40,4%-i (8,2 mlrd. kubmetrə yaxın) ölkə daxilində istehlak edilib, 43%-i (8,7 mlrd. kubmetrə yaxın) ixrac olunub, 3,1%-i (0,63 mlrd. kubmetr) itkiyə gedib, 13,5%-i isə (2,73 mlrd. kubmetr) cari ilin oktyabrın 1-i vəziyyətinə ehtiyat kimi saxlanılıb.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date