Azərbaycan dekabrda "OPEC+" öhdəliyini 109% yerinə yetirib

Azərbaycan dekabrda "OPEC+" öhdəliyini 109% yerinə yetirib
# 12 yanvar 2022 12:53 (UTC +04:00)

2021-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 717,6 min barel olub.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hasilatın 597,1 min barelini xam neft, 120,5 min barelini isə kondensat təşkil edib.

Qeyd edilib ki, "OPEC+" ölkələri nazirlərinin 22-ci iclasında qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi" çərçivəsində Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyinin dekabrda gündəlik 64 min barel təşkil edəcəyi, gündəlik xam neft hasilatını isə noyabr ayı ilə müqayisədə 7 min barel artırmaqla 654 min barel həcmində saxlaması nəzərdə tutulurdu.

Beləliklə, Azərbaycan "OPEC+" çərçivəsində dekabr ayında öhdəliyini təxminən 108,7% yerinə yetirib.

Nazirlərin 23-cü iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barel artırılaraq 661 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barel həcmində olması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR