Azərbaycan neftinin qiyməti iyulda 10% azalıb

Azərbaycan neftinin qiyməti iyulda 10% azalıb
# 01 avqust 2022 10:41 (UTC +04:00)

Bu ilin iyul ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 117,01 ABŞ dollarına bərabər olub.

"APA-Economics"in apardığı hesablamalara görə, bu, 2021-ci ilin iyul ayının eyni göstəricisi ilə müqayisədə 42,23 dollar və ya 56,5% çoxdur.

Cari ilin iyun ayı ilə müqayisədə isə iyulda Azərbaycan neftinin 1 barelinin orta qiyməti 8,37 dollar (və ya 6,7%) azalıb.

Ay ərzində ən yüksək göstərici (iyulun – 4-ü) 128,8 dollar təşkil edib, ən minimal göstərici isə (iyulun – 28-i) 109,96 dollar səviyyəsində olub. İyul ayı ərzində Azərbaycan neftinin qiyməti 12,52 dollar və ya 10% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR