Azərbaycan qaz kəmərlərindəki itkiləri 11% azaldıb

Azərbaycan qaz kəmərlərindəki itkiləri 11% azaldıb
# 21 aprel 2022 13:10 (UTC +04:00)

Ötən il Azərbaycanda qaz kəmərlərində 48,4 mln. kubmetr itki olub, bu da illik müqayisədə 11% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ildə respublika üzrə qaz kəmərlərində itkilər 54,4 mln. kubmetr təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 35 108,8 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 18,6% çoxdur. Qaz nəqlinin 50,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 17 618 mln. kubmetr qaz ötürülüb (2020-ci il ilə müqayisədə 43,6%-lik artım).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR