Azərbaycan xam neftin və bitumlu minerallardan alınan neft məhsullarının ixracını artırıb

Azərbaycan xam neftin və bitumlu minerallardan alınan neft məhsullarının ixracını artırıb
# 16 sentyabr 2019 16:48 (UTC +04:00)

Bu ilin yanvar-avqust ərzində Azərbaycan xarici ölkələrə 13 519 906,70 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu məhsulların əksər hissəsi (77,36%-i) xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının payına düşüb.

APA-Economics”ə Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ümumilikdə, hesabat dövründə ixrac edilən xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixrac məbləği hesabat dövründə keçən ilin müvafiq dövrü ilə müqayisədə 24% artaraq 10 458 785,48 min dollar olub.

Məlumata əsasən, bu ilin 8 ayı ərzində ölkədən 21 452 779,53 ton edilən xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edilib, bu da 7,6% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR