Azərbaycan yaxın illərdə neft və kondensatın ixracını artıracaq - PROQNOZ

Azərbaycan yaxın illərdə neft və kondensatın ixracını artıracaq - PROQNOZ
# 13 yanvar 2023 15:48 (UTC +04:00)

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycandan 2032-ci ilə kimi maye karbohidrogenlərin (neft və qaz kondensatı – red.) ortalama gündəlik ixracı üzrə proqnozunu açıqlayıb.

"APA-Economics" Agentliyə istinadən xəbər verir ki, yaxın bir neçə il ərzində (2023-2025-ci illər) Azərbaycanda maye karbohidrogenlərin ixracı artacaq, ondan sonra isə tədricən azalmaya doğru yönələcək.

Belə ki, 2020-2031-ci illər arasında olan intervalı götürdükdə maye karbohidrogenlərin ixracı üzrə ən yüksək göstərici – 616,1 min barel, 2025-ci qeydə alınacaq.

Proqnoza əsasən, maye karbohidrogenlərin ixracı üzrə ən aşağı göstərici isə - 568,4 min barel, 2031-ci ildə qeydə alınacağı gözlənilir.

Azərbaycandan maye karbohidrogenlərin ixracı üzrə 2020-2031-ci illəri əhatə edən göstəricilər:

Azərbaycanda maye karbohidrogenlərin ixracı – 2020-2025-ci illər

İndikatorlar

2020

2021

2022

2023

2024

2025

İxrac, min barel/gün

616

606,1

574,1

594,4

614,3

616,1

Ötən il ilə müqayisə, %-lə

-8

-1,6

-5,3

3,5

3,4

0,3

Azərbaycanda maye karbohidrogenlərin ixracı – 2026-2031-ci illər

İndikatorlar

2026

2027

2028

2029

2030

2031

İxrac, min barel/gün

600

591,5

585,8

580,1

574,6

568,4

Ötən il ilə müqayisə, %-lə

-2,6

-1,4

-1

-1

-0,9

-1,1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR