Azərbaycana avtomobil idxalı 11%-dən çox azalıb

Azərbaycana avtomobil idxalı 11%-dən çox azalıb
# 18 iyul 2022 11:50 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 460 889.58 min ABŞ dolları dəyərində 35 173 vahid avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 16% çox və 11,3% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk altı ayında ölkəyə 347 363.76 min dollar dəyərində 32 382 vahid, əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu göstərici 2021-ci ilin eyni göstəricisindən dəyər baxımından 0,6% çox, say baxımından isə 11,9% azdır. Bundan başqa, bu ilin yanvar-iyun aylarında ölkəyə 48 417.64 min dollar dəyərində 2306 vahid (2021-ci ilin eyni göstəricisi ilə müqayisədə müvafiq olaraq dəyər ifadəsində 18,2% çox, say baxımından isə 17,5% az) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 323 vahid (5,4 dəfəyədək çox) 45 540.75 min dollar dəyərində (artım 9,3 dəfə) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 162 vahid (114 vahid çox) 19 567.43 min dollar dəyərində (3 dəfə çox) xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal olunub.

Komitənin məlumatına görə, bu ilin yanvar-iyun aylarında ölkəyə dəyəri 60 237.77 min dollar (2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 2 dəfə çox) təşkil edən 6218 vahid (27,4% çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 4 348.58 min dollar (3,5 dəfədən çox) dəyərində 153 vahid (4,2 dəfədən çox) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR