Azərbaycana gətirilən elektromobillərin sayı kəskin artıb

Azərbaycana gətirilən elektromobillərin sayı kəskin artıb
# 16 mart 2023 16:53 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 199,3 milyon ABŞ dolları dəyərində 13 939 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

"APA-Economics" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 58,9 % və 25,1 % çoxdur.

2 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 3 dəfə azalaraq 29 ədəd (1,726 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 25,3 % artaraq 12 951 ədəd (175,24 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 1 815-i (37,772 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 222-si (9,320 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Başqa sözlə, hibrid avtomobillərin idxalı ötən ilin eyni dövrünə nisbətən 10,7 % azalıb, elektromobillərin idxalı isə 3,9 dəfə artıb.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 30,4 % artaraq 871 ədəd (13,566 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 76 % artaraq 88 ədəd (8,787 milyon ABŞ dolları dəyərində) olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR