Azərbaycanda daş yunu zavodu açılacaq

Azərbaycanda daş yunu zavodu açılacaq
# 25 aprel 2022 17:35 (UTC +04:00)

Bu ilin sonuna Azərbaycanda daş yunu zavodunun tikintisinin başa çatdırılması nəzərdə tutulur. “APA-Economics” xəbər verir ki, bunu “Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirov deyib.
Onun sözlərinə görə, layihə dövlət səviyyəsində Almaniya tərəfi ilə imzalanan memorandum çərçivəsində icra olunur.
“Biz Almaniyanın innovativ texnologiyasını Azərbaycana gətirmişik. Paytaxtın Qaradağ rayonunda yerləşəcək müəssisədə yaxın vaxtlarda montaj işlərinə başlanacaq və ilin axırına işlərin başa çatdırılması nəzərdə tutulur”, - deyə Elxan Bəşirov qeyd edib.
O həmçinin əlavə edib ki, müəssisə tərəfindən inşa edilən qipskarton zavodu artıq tam olaraq açılışa hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR