Azərbaycanda günəş və külək enerjisinin potensialı 26 min MVt-dan artıqdır

Azərbaycanda günəş və külək enerjisinin potensialı 26 min MVt-dan artıqdır
# 17 oktyabr 2019 12:38 (UTC +04:00)

Azərbaycanda 23,04 min MVt-lıq günəş və 3 min MVt-lıq külək enerjisi potensialı mövcuddur.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Energetika Nazirliyinin Energetika şöbəsinin müdirinin müavini Vüsal Musayev Bakıda keçirilən “Xəzər Texniki Konfransı”nda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, alternativ və bərpa olunan enerji mənbələri üzrə Azərbaycanın böyük imkanları var və hazırda bu istiqamətin inkişafına dair aktiv işlər aparılır.

V. Musayev qeyd edib ki, Azərbaycanın elektrik enerji istehsalı üzrə toplam gücü 7 546 MVt-dır, bunun da 6 270,9 MVt-ı (83,1%-i) istilik stansiyalarının payına düşür. Qalan 1 109,5 MVt (14,7%) iri su, 66 MVt (0,87%) külək, 24,96 MVt (0,33%) kiçik su, 39 MVt (0,52%) biokütlə bazasında çalışan və 37,165 MVt (0,49%) günəş elektrik stansiyalarının payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR