Azərbaycanda ötən il dəniz nəqliyyatı ilə yük daşınmaları kəskin artıb

Azərbaycanda ötən il dəniz nəqliyyatı ilə yük daşınmaları kəskin artıb
# 19 yanvar 2023 11:03 (UTC +04:00)

Ötən il Azərbaycanda dəniz nəqliyyatı ilə 2022-ci ildə daşınmış yüklərin həcmi 7 519,2 min ton təşkil edib və əvvəlki ilə nisbətən 37,5% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, daşınmış yüklərin 43,7%-i neft yükləri təşkil edib.

Məlumata görə, hesabat dövründə dəniz limanları tərəfindən 11 750,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 10 734,8 min tonunu və ya 91,4%-i tranzit yüklər təşkil edib. 2023-ci il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 369 min ton olub.

“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilə nisbətən 20,9 faiz artaraq 21,4 min nəfər olub”, - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR