Azərbaycandakı külək və günəş elektrik stansiyaları istehsalı artırıb

Azərbaycandakı külək və günəş elektrik stansiyaları istehsalı artırıb
# 18 oktyabr 2019 17:05 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 85,8 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvar-sentyabrda günəş enerjisi ilə işləyən stansiyaların tərəfindən isə 34 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (7,3%-lik artım).

Qeyd edək ki, Azərbaycanda bu ilin 9 ayında 18,2 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 5,7% çoxdur.

Azərbaycan energetika sistemində elektrik stansiyalarının qoyuluş gücü 7 146 MVt-dır, bunun da 5 870,9 MVt-ı (82,15%-i) istilik stansiyalarının payına düşür. Qalan 1 109,5 MVt (15,5%) iri su, 66 MVt (0,92%) külək, 24,96 MVt (0,36%) kiçik su, 39 MVt (0,54%) biokütlə bazasında çalışan və 37,165 MVt (0,53%) günəş elektrik stansiyalarının payına düşür.

Gələn il ölkədə elektrik stansiyaların stansiyalarının qoyuluş gücünü 7 352 MVt-a çatdırmaq planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR