Azərbaycandan Finlandiyaya quyu qapaqlarının ixracına başlanılıb

Azərbaycandan Finlandiyaya quyu qapaqlarının ixracına başlanılıb
# 14 iyul 2022 13:03 (UTC +04:00)

Azərbaycandan Finlandiyaya quyu qapaqlarının ixracına başlanılıb və ilkin mərhələdə sifarişçi tərəfə 240 tondan çox məhsulun göndərilməsi nəzərdə tutulur.

İqtisadi Zonaların İnkişafı Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, investisiya dəyəri 103 mln. ABŞ dollarından çox olan istehsal müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində fəaliyyət göstərir.

Müəssisə tərəfindən müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir.
İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, dünyanın 15-dən çox ölkəsinə ixrac edilir. Hazırda müəssisədə 60-dan çox çeşiddə məhsul istehsal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR