Azərbaycanın magistral qaz kəmərlərində gəlirləri 32%-dək artıb

Azərbaycanın magistral qaz kəmərlərində gəlirləri 32%-dək artıb
# 30 avqust 2022 15:08 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 1 151 546,2 min manat təşkil edib, bu da illik müqayisədə 31,8% artım deməkdir.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin yanvar-iyun aylarında sözügedən göstərici 873 793,4 min manat səviyyəsində olub.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 19 898,1 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 16,6% çoxdur.

Qaz nəqlinin 51,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə, bu kəmərlə 10 235,6 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,3%-lik artım).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR