Bakıda sənaye istehsalı 64 mlrd. manatı ötüb

Bakıda sənaye istehsalı 64 mlrd. manatı ötüb
# 30 noyabr 2022 10:20 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 64,4 mlrd. manat təşkil edib.

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 86,0 faizi mədənçıxarma, 12,2 faizi emal, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

“Sənayedə qeyri-dövlət sektorunun payı 90,9 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 95,3 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 4,7 faiz təşkil edib”, - məlumatda qeyd olunur.

Məlumata görə, istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 noyabr 2022-ci il vəziyyətinə 516,3 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 54,4 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR