BP: Azərbaycanda günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar bitmək üzrədir

BP: Azərbaycanda günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar bitmək üzrədir
# 01 iyun 2022 18:02 (UTC +04:00)

Azərbaycan və Britaniyanın BP şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyası tikintisi ilə bağlı danışıqlar bitmək üzrədir.

APA-Economics" xəbər verir ki, bu barədə BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hazırda kommersiya məsələləri müzakirə edilir və razılaşdırılacaq çox az məsələ qalıb.

Bəxtiyar Aslanbeyli onu da qeyd etdi ki, tərəflər arasında razılıq yaxın zamanlarda əldə oluna bilər, o bunun yay ərzində baş tutacağını da istisna etmədi.

Qeyd edək ki, sözügedən günəş elektrik stansiyasının tikintisi təqribən 200 mln. dollara başa gələ bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR