BP: "Qərbi Çıraq" platformasının inspeksiyası qısa müddət ərzində aparılacaq  

BP: "Qərbi Çıraq" platformasının inspeksiyası qısa müddət ərzində aparılacaq  
# 24 sentyabr 2019 11:05 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlar blokunda istismar olunan "Qərbi Çıraq" platformasında planlaşdırılmış profilaktik işlərin aparılması daha qısa müddəti əhatə edəcək.

”BP-Azerbaijan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlının “APA-Economics”ə verdiyi məlumata görə, "Qərbi Çıraq" platformasında nəzərdə tutulmuş yoxlama işlərinin aparılması bu ilin oktyabr ayına planlaşdırılıb.

“Ayın tarixi hələ dəqiqləşdirilməyib, lakin oktyabr ayına planlaşdırılıb”, - deyə T. Bayatlı əlavə edib.

Onun sözlərinə görə, inspeksiya çərçivəsində platformanın işi maksimum 5-6 günlük dayandırılacaq.

Qeyd edək ki, bundan öncə "Qərbi Çıraq" platformasının işini oktyabrın 15-də iki həftəlik dayandırılacağı bildirilirdi.

Əlavə edək ki, bu ilin aprelin 15-də AÇG-də yerləşən "Mərkəzi Azəri" platforması da planlaşdırılmış profilaktik işlərin aparılması üçün iki həftəlik dayandırılmışdı.

Xatırladaq ki, 2019-cu ilin birinci yarım il üçün AÇG-dən ümumi hasilat gündə orta hesabla 542,4 min barel və ya ümumilikdə 98 mln. bareldən artıq, yəni 13 mln. ton olub. 2019-cu ilin birinci yarısı ərzində AÇG üzrə fəaliyyətlərə 272 mln. dollardan artıq əməliyyat məsrəfləri və 657 mln. dollardan artıq əsaslı məsrəflər xərclənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR