Britaniya şirkətinin Azərbaycanda qızıl hasilatı 13%-dən çox azalıb

Britaniya şirkətinin Azərbaycanda qızıl hasilatı 13%-dən çox azalıb
# 14 iyul 2022 12:50 (UTC +04:00)

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2022-ci ilin birinci yarısında 20,906 unsiya qızıl hasil edib.

Bu barədə “APA-Economics”ə şirkətdən bildirilib. Bu isə ötən ilin birinci yarısı ilə müqayisədə 13,6% azdır. Belə ki, 2021-ci ilin yanvar-iyun aylarında şirkət 24,247 unsiya qızıl istehsal edə bilmişdi.

“Anglo Asian Mining" bu dövrdə 99,499 unsiya gümüş və 1,283 ton mis hasil edə bilib. Başqa sözlə, gümüş istehsalı 26% artdığı halda, mis istehsalı 3,7% azalıb. Mədən şirkəti bu ilin birinci yarısında ümumilikdə 28,772 unsiya qızıl ekvivalentində (GEOs) qiymətli metal hasil edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 12,5% az olub.

Şirkətin nağd vəsaitlərinin həcmi bu ilin ikinci rübündə 21,1 milyon dollar(birinci rübdə 29,4 milyon dollar) təşkil edib. “Anglo Asian Mining"in bundan əlavə, 15,6 milyon dollar dəyərində qızıl və mis ehtiyatı yaranıb.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR