Gələn ilin yazında dayazsulu "Abşeron"da qazma işlərinə başlanacaq

Gələn ilin yazında dayazsulu "Abşeron"da qazma işlərinə başlanacaq
# 10 sentyabr 2019 11:05 (UTC +04:00)

BP şirkəti tərəfindən dayazsulu “Abşeron” (SWAP) perspektiv sahəsində ilk kəşfiyyat quyusunun qazılması 2020-ci ilin yazında başlanacaq. Bu barədə "APA-Economics"ə neft-qaz sektorundakı etibarlı mənbə bildirib.

Onun sözlərinə görə, sözügedən sahədə işlərin başlanılması birbaşa Azərbaycana gətirilən Qazaxıstanın “Satti” qurğusunun modifikasiya prosesin bitməsindən asılıdır.

“SWAP layihəsi çərçivəsində işlərin başlanılması bu ilin dördüncü rübünə planlaşdırılışdır, lakin qazma qurğunun modifikasiyası işləri böyük həcmdə olduğundan qazma işlərinə yalnız 2020-ci ildə start vermək mümkün olacaq”, - deyə mənbə qeyd edib.

Mənbənin sözlərinə görə, dayazsulu “Abşeron” perspektiv sahədə birinci quyunun qazılmasına 2020-ci ilin birinci rübünün sonunda – ikinci rübün əvvəlində başlamağa planlaşdırılıb: “Bu da mart-aprel ayları deməkdir”.

Ümumiyyətlə, bu sahədə 3 kəşfiyyat quyunun qazılması planlaşdırılıb (2020-ci ilin sonunadək). Quyuların dərinliyi 3 000-4 000 metr arasında olacaq, quyular suyun 6-10 metr dərinliyində qazılacaq, mənbə əlavə etdi.

SWAP layihəsi üzrə neft ehtiyatlarının olması ehtimal edilir.

Qeyd edək ki, SOCAR və “KazMunayQaz” milli şirkəti arasında 26 yanvar 2019-cu il şəhərində imzalanmış “Qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində, Azərbaycanın qazma operatoru "Caspian Drilling Company LTD" MMC (CDC) və Qazaxıstanın “KMG Drilling & Services” şirkəti arasında 16 fevral 2019-cu il tarixdə Astana şəhərində “Satti” özüqalxan üzən qazma qurğusunun etibarlı idarəetməyə verilməsinə dair müqavilə imzalanıb. Qurğu Bakıya bu ilin iyununda gətirilib.

Qazma qurğusunun BP və SOCAR-ın birgə istismar etdiyi “Abşeron” (SWAP) strukturunda, eləcə də Xəzər dənizi akvatoriyasında digər layihələrdə əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR