Azərbaycan qaz ixracını 34% artırıb

Azərbaycan qaz ixracını 34% artırıb
# 17 sentyabr 2019 17:56 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 6,94 mlrd. kubmetrə yaxın qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34% çoxdur.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən qazın dəyəri 1,42 mlrd. ABŞ dollara yaxın təşkil edib ki, bu, 1,6 dəfə artım deməkdir.

Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR