Dünya kimya sənayesinin ən iri şirkətlərinin reytinqi açıqlanıb - TOP-10

Dünya kimya sənayesinin ən iri şirkətlərinin reytinqi açıqlanıb - TOP-10
  • Clock-gray 15:20
  • calendar-gray 30 İyul 2019

C&EN-nin ekspertləri 2018-ci ildə dünya üzrə kimya sənayesinin ən iri şirkətlərinin reytinqini ("Global Top 50 chemical companies of 2018") dərc edib.

"APA-Economics"in C&EN-ə istinadən verdiyi məlumata görə, 2018-ci il dünya kimya sənayesi üçün uğurlu olub. Buna baxmayaraq, ekspertlər sözügedən sahənin artım tempinin zəiflədiyini bildirirlər.

Ötən il dünya kimya sənayesində satışların həcmi əhəmiyyətli dərəcədə artıb. "PetroChina" şirkəti istisna olmaqla reytinqdə yer almış 50 şirkətin ötənilki gəlirləri 926,8 mlrd. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 13,4% çoxdur.

Mənfəət isə cüzi artıb. Reytinqdəki 48 şirkətin mənfəəti cəmi 3,4% artaraq 110,1 mlrd. dollar təşkil edib.

2018-ci ildə dünya üzrə kimya sənayesinin ən iri şirkətlərinin reytinqi:

 

#

 

Şirkət

 

Ölkə

2018-ci ildə satış həcmi, mlrd. dollar

1

DowDuPont

ABŞ

86,0

2

BASF

Almaniya

74,1

3

Sinopec

Çin

69,2

4

SABIC

Səudiyyə Ərəbistanı

42,1

5

INEOS

Böyük Britaniya

37,0

6

Formosa Plastics

Tayvan (Çin)

36,9

7

ExxonMobil Chemical

ABŞ

32,4

8

LyondellBasell Industries

ABŞ

30,8

9

Mitsubishi Chemical

Yaponiya

28,7

10

LG Chem

Cənubi Koreya

25,6

APA-Economics

Digər xəbərlər

Arxiv

date