Fatih Dönməz: "Azərbaycan-Türkiyə arasında enerji sahəsində yeni dönəm başlayacaq" - FOTO

Fatih Dönməz: "Azərbaycan-Türkiyə arasında enerji sahəsində yeni dönəm başlayacaq" - FOTO
# 06 oktyabr 2022 16:29 (UTC +04:00)

"Türkiyə və Azərbaycan arasında imzalanacaq Protokol ilə iki ölkə arasında enerji sahəsində yeni dönəm başlayacaq".

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz İstanbulda keçirilən Azərbaycan-Türkiyə II Enerji Forumunun açılışında çıxışı zamanı deyib.

O qeyd edib ki, forum çərçivəsində iki ölkənin işçi qrupları enerji sahəsindəki əməkdaşlığın şaxələndirilməsini də müzakirə edib.

Nazir Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, TAP və TANAP kimi ortaq layihələrin son dərəcə önəmli olduğunu vurğulayaraq, SOCAR-la BOTAŞ-ın birgə qurduğu şirkətin işə başlaması ilə yeni səhifənin açılacağını əlavə edib.

F. Dönməz, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarda "yaşıl enerji"nin tətbiq edilməsi və digər sahələrdə də Azərbaycanın yanında olmağa davam edəcəyini diqqətə çatdırıb.

Nazir, həmçinin, Enerji sahəsində əməkdaşlığa dair işçi qrupunun sayının 4-dən 6-ya artırıldığını da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR